Elza Seyidcahan channel logo Elza Seyidcahan
  • Custom URL: @elzaseyidcahan
  • Country: Azerbaijan 🇦🇿
  • Description language: Turkish

  • YouTube channel type
  • Audience: 8.13K
  • Video Views: 2.2M
  • # videos: 154
  • Estimated Earnings: $549 - $8.78K
  • Category: Lifestyle Music Pop music
  • Date Created: 2016-04-13
  • Date Updated: 2024-03-31
Audience activity: 270
Views per video: 14.26K


Elza Seyidcahan 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olmuş, 1977-1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1982-1987-ci illərdə S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994-2000-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır. 2001-ci ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H.Orucovun "Durnalar qayıdanda", İ.Əfəndiyev "Sən mənim dayımsan", Ə.Əylislinin "Bağdada putyovka var", Q.Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H.Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir. Daha ətraflı: https://az.wikipedia.org/wiki/Elza_Seyidcahan